Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan şpris istehsalına başlayır

Azərbaycan şpris istehsalına başlayır
Sakura

Azərbaycan şpris istehsalına başlayır

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün bildirib ki, yaxın 2-3 ay ərzində ölkədə iki yeni əczaçılıq zavodu fəaliyyətə başlayacaq.

Daha öncə “Diamed” şirkətinin təsisçisi Aytən Quliyeva Trend-ə bildirimişdi ki, şpris istehsalı zavodu 2019-cu ilin martında fəaliyyətə başlayacaq.

O qeyd edib ki, zavodun fəaliyyətinin birinci ilində hədəf daxili tələbatın ödənilməsinə yönələcək:

“Şprisə illik tələbat 170 milyon ədəd təşkil edir. İlk altı ay ərzində 100 milyon şpris istehsal etməyi, daha sonra bu həcmi 150-170 milyon ədədə çatdırmağı planlaşdırırıq”.

A.Quliyeva əlavə edib ki, əsasə məqsəq şpris idxalının minimuma endirməkdir. Sonrakı illərdə isə zavodda istehsal olunan şprislərin ixraca yönləndirilməsi nəzərdə tutulir.

Qeyd edək ki, “Diamed” şirkətinin zavodu Pirallahı Sənaye Parkında tikilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR