Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan şirkətləri Fransada məhsullarını təqdim etdi

Azərbaycan şirkətləri Fransada məhsullarını təqdim etdi
Sakura

Azərbaycan şirkətləri Fransada məhsullarını təqdim etdi

Fransa paytaxtının şimalında yerləşən “Paris-Nord Villepinte” sərgilər parkında SIAL Paris beynəlxalq ərzaq sərgisi açılıb.

Fins.az xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılış mərasimində iştirak edib.

Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti sərgidə öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaq.

Qeyd edək ki, 1964-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən SIAL sərgisində bu il 109 ölkədən 7 mindən çox şirkət iştirak edir. Bu şirkətlər ərzaq sahəsində 23 sektoru əhatə edir.

SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR