Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
Sakura

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

 İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çinin Şanxay şəhərində təşkil olunmuş “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur.

Bunu “Report”a nazirlikdən bildirilib. 

Məlumatda həmçinin deyilir ki, sahəsi 120 kvadrat metr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.

Artıq “Azəri Şərab” şirkəti Çinin Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli içkilərin ixracına dair müqavilə bağlayıb. Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.

“Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.

Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR