Slimfit
  1. HƏRB

Azərbaycan silahları Moskvada sərgilənəcək

Azərbaycan silahları Moskvada sərgilənəcək
Sakura

Azərbaycan silahları Moskvada sərgilənəcək

 

Azərbaycan iyunun 25-dən 30-dək Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçiriləcək “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumunda təmsil olunacaq.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını nümayiş etdirəcək. Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdə olacaq.

“ARMY-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli pavilyonda nazirlik, əsasən, ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirəcək.

Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdiriləcək.

Sərgi zamanı tədbir iştirakçılarına və ziyarətçilərə gələn il Bakıda keçiriləcək “ADEX-2020” IV beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar veriləcək və dəvətlər çatdırılacaq.

Qeyd edək ki, “ARMY-2019” sərgisi Müdafiə Sənayesi Nazirliyinin son iki ayda stendlə təmsil olunduğu üçüncü beynəlxalq sərgidir. Nazirlik bu ilin aprel-may aylarında Türkiyədə keçirilən “IDEF-2019” və Belarusda keçirilən “MILEX-2019” sərgilərində iştirak edib, hərbi təyinatlı məhsullarını nümayiş etdirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR