Azərbaycan sığortaçıları 4 ayda xaricdə satılmış "Yaşıl Kart"lardan 3 milyon manat sığorta haqqı yığıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətləri xaricdə satılmış "Yaşıl Kart"lar üzrə 3,1 milyon manat sığorta haqqı əldə edib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru sədri Rəşad Əhmədov bildirib.
Onun sözlərinə görə, ilin sonunadək "Yaşıl Kart" üzrə ixracat həcminin 10 milyon manatı keçməsi gözlənilir.
"Bu məbləğ Azərbaycanda 1 il ərzində satılan "Yaşıl Kart"lar üzr sığorta haqlarının ümumi dəyərinə bərabərdir", - deyə o qeyd edib.
Beynəlxalq Bürolar Şurasının 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Milli Yaşıl Kart Bürosu Gürcüstan və Qazaxıstanda "Yaşıl Kart" satmaq hüququ əldə edib. "Yaşıl Kart"lar Azərbaycan istisna olmaqla "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələrin ərazisində keçərlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət