Dərc edildi: Baxış sayı: 329
Azərbaycan Serbiyanın turizm sektoruna pul qoya bilər
Azərbaycanlı sahibkarlar Serbiya iqtisadiyyatına investisiya qoymaq istəyir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dekabrın 24-də Bakıda səfərdə olmuş Serbiyanın ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic bildirib.
Onun sözlərinə görə, azərbaycanlı iş adamları gələn ilin fevral ayında Serbiyanın turizm sektoruna pul qoymaq imkanlarını araşdırmaq üçün bu ölkəyə səfər edəcəklər: "Azərbaycana səfərim zamanı yerli investorlarla bu barədə müzakirələr olub".
Nazir onu da deyib ki, Bakı səfərində Serbiyanın kənd təsərrüfatına, yol infrastrukturuna, xüsusilə Ruma-Sabac-Loznica avtomobil yoluna sərmayələrin cəlb edilməsi məsələsi gündəmdə olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət