Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənir

Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənir
Sakura

Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənir

 Oktyabrın 19-da Fransanın Bordo şəhərində La Cité du Vin şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının bu muzeydə sərgilənməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan şərabları 3  il müddətində La Cité du Vin şərab muzeyində nümayiş olunacaq.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, oktyabrın 21-dən Fransanın paytaxtı Parisdə “Sial Paris” sərgisi işə başlayıb. Oktyabrın 25-nə qədər davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər  məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir. 

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransada fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşəcək, Fransa şirkətləri ilə ixrac məsələlərinə dair müzakirələr aparacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR