Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan sənaye məhsullarının istehsalını artırıb

Azərbaycan sənaye məhsullarının istehsalını artırıb
Sakura

Azərbaycan sənaye məhsullarının istehsalını artırıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6% artıb.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənaye məhsulunun 71,7%-i mədənçıxarma sektorunda, 22,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Hesabat dövründə mədənçıxarma sektorunda neft hasilatı 0,4%, əmtəəlik qaz hasilatı isə 36% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6%, içkilərin istehsalı 78,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3%, mebel istehsalı 58,7%, əczaçılıq məhsullarının istehsalı 44%, kağız və karton istehsalı 34,6%, kimya sənayesi məhsullarının istehsalı 32,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30%, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2%, kompüter, elektron və optik məhsulların istehsalı 5%, poliqrafiya məhsullarının istehsalı 3,3%, sair nəqliyyat vasitələrinin istehsalı 2,6% artıb, metallurgiya sənayesi məhsullarının istehsalı 13,9%, elektrik avadanlıqlarının istehsalı 15%, hazır metal məmulatlarının istehsalı 22,6%, geyim istehsalı 28,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36% azalıb.  

Cari ilin birinci rübündə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR