Dərc edildi: Baxış sayı: 674
“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri dəyişib.
“Report” xəbər verir ki, indiyə qədər şirkətə rəhbərlik edən Cavid Ağamaliyev vəzifəsini tərk edib, onu Eldar Məmmədov əvəzləyib.
Xatırladaq ki, “Azərtütün” 2006-cı ildə Azərbaycanın şimal-qərb bölgəsində (Balakən, Zaqatala, Qax, Şəki) tütün istehsalı məqsədi ilə yaradılmış "İnter Tobakko" MMC-nin bazasında 2018-ci ildə yaradılıb. Şirkət vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən götürdüyü kreditləri vaxtında qaytarmadığı üçün onun əmlakları müsadirə edilərək ötən il ASK-ya verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət