Dərc edildi: Baxış sayı: 433
Azərbaycan şahmatçısı Honq Konqdakı turnirdə üçüncü yerə çıxıb
Azərbaycan şahmatçısı Kənan Hacıyev Çinin Honq Konq şəhərində keçirilmiş “St. Joseph Kuboku Çempionlar Turniri"ndə iştirak edib.
"Report" xəbər verir ki, o, Honkonq Şahmat Federasiyası tərəfindən təşkil olunan turnirdə üçüncü yerə çıxıb. Hacıyev blitz və rapiddə eyni nəticəni göstərib.
Qeyd edək ki, Kənan Hacıyev bu turnirə Honkonq şahmatçısı Daniel Lam tərəfindən dəvət olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət