Slimfit
  1. SİYASƏT

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur – Rusiyalı ekspertlərin rəyi

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur – Rusiyalı ekspertlərin rəyi
Sakura

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur – Rusiyalı ekspertlərin rəyi

"Rusiya-Azərbaycan münasibətləri müsbət trekdədir. Buna heç kəsin şübhəsi ola bilməz. Münasibətlərin hansı səviyyədə olmasını Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya ilk rəsmi səfəri nümayiş etdirib. Rusiya XİN başçısı Sergey Lavrovun Bakıdakı danışıqları da Moskva-Bakı münasibətlərinin ahənginə uyğundur. Lavrovun həm prezident İlham Əliyevlə, həm də azərbaycanlı həmkarı ilə keçirdiyi görüşlərdə səslənən fikirlər bunları deməyə əsas verir".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə - siyasi, iqtisadi, humanitar, hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələr müsbət inkişaf edir. İki ölkənin müxtəlif nazirlikləri, qurumları arasındakı əlaqələr elə qurulub ki, bu münasibətlərə Xarici İşlər nazirliklərinin müdaxiləsinə ehtiyac qalmır. Bu günlərdə keçirilən regionlararası forum da Rusiya və Azərbaycanın bir-birinə olan marağının necə böyük olduğunu göstərdi. Ötən il ticarət dövriyyəsinin həcmi 18 faiz olub. Bu il isə bu rəqəmin 25-26 faiz olacağı gözlənilir. Bu, çox böyük artımdır. Hesab edirəm ki, iki ölkə arasındakı bütün sahələrdə əməkdaşlığa müdaxilə etməyə ehtiyac yoxdur".

Rusiyalı siyasi ekspertin fikrincə, Moskva ilə Bakı arasında münasibətlərdə yeganə müdaxilənin tələb olunduğu məqam Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsidir: “Moskva bu məsələdə Bakını nəyəsə məcbur edə bilməz. Əksinə, Rusiya Azərbaycanla birlikdə razılaşdırıb Ermənistanı sülhə məcbur etməlidir. Bu gün Azərbaycanla Ermənistan arasında Rusiyanın təşəbbüsü ilə keçirilən humanitar tədbirlər də məhz bu məqamdan xəbər verir. Jurnalistlərin mübadiləsi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun vacibliyinin vurğulanması sülhə aparan yolun tərkib hissəsidir".

"Rusiya-Azərbaycan münasibətləri yeni dövrə qədəm qoyur. Bu dövrdə iki ölkə arasındakı iqtisadi əməkdaşlığın əvvəlki dövrlərlə müqayisədə daha nəzərəçarpan olacağı indidən bəllidir". Bunu isə APA-ya açıqlamasında Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev bildirib. "Əslində Moskva-Bakı münasibətləri çox çətindir. Çünki bu münasibətlər çoxtərkiblidir. Hansısa mənada bu münasibətləri idarə etmək də çox çətindir.  Ölkələrimiz iqtisadi məsələlər üzrə daha sıx qarşılıqlı fəaliyyət şəbəkəsinə keçirlər. Bu, Moskva və Bakı qarşısında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək üçün yeni vəzifələr qoyur".  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR