Azərbaycan-Rusiya İşgüzar Şurası yerli məhsulların Rusiya bazarında tanıdılmasına və satışının artırılmasına…
Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.
Şuranın sədri Səməd Qurbanov çıxış edərək bildirib ki, bu iclas sentyabrın 27-də keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilir. O, bildirib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub.
S.Qurbanov vurğulayıb ki, Şura tərəfindən Azərbaycanlı ixaracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək.
Sonda sahibkarların çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət