Azər Talıbov: Rusiya-Azərbaycan arasında hesablaşmaların milli valyutada aparılması üçün bütün imkanlar…
Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində milli valyutaların istifadəsi üçün infrastruktur hazırdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib.
Talıbov qeyd edib ki, hazırda biz bir neçə qrup məhsul üzrə ticarət milli valyutlar üzərindən həyata keçiririk: "Biz bu işdə böyük potensial görürük. Bu gün hər iki ölkə bu cür hesablamaların həyata keçirilməsi üçün institusional mühit formalaşıb. Təbii ki, bütün tərəflər bunda maraqlıdırlar. Bu cür əməkdaşlığın inkişaf etdirilməsi bizim planlarımıza daxildir".
Onun sözlərinə görə, bu gün Azərbaycanda bir neçə Rusiya bankları təmsil olunur: "Onlardan VTB Bank daha aktivdir. Rusiya Federasiyasında isə Azərbaycan Beynəlxalq Bankı olan "MBA-Moskva" fəaliyyət göstərir. Biz hesablaşmalarda milli valyutalarla həyata keçirilməsində böyük potensial görürük. Biz Azərbaycanla hesablaşmaların milli valyutada aparılmasına dair davamlı siyasət aparırıq".
Nazir müavini Azərbaycanla ticarət dövriyyəsi və onun potensialın artırılması barədə danışarkən vurğulayıb ki, bu ilin ilk 6 ayı ərzində Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə nisbətən 10 faiz artıb: "İlin son 6 ayında da ölkələr arasında ticarət dövrüyyəsinin daha 10 faiz artma potensialını görürük. Ümumilikdə, biz sahibkarların fəaliyyətinə maneçilik yaradan bir sıra işlər üzrə işləyib onları aradan qaldırmalıyıq. Bu cür problemlərin həlli yolu bizim hazırladığımız planda öz əksini tapıb. Ümid edirik və əminik ki, ticarət dövriyyəsində qarşıya qoyduğumuz 15-20 faizlik artımı əldə biləcəyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət