Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq

Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq
Sakura

Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq

Rusiya Azərbaycan ərzaq məhsulları idxalını artırmaq niyyətindədir. Bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində keçirilən “Rusiya-Azərbaycan” biznes dialoqunda bildirib.

Nazir hazırda Azərbaycandan ərzaq məhsulları tədarükünün artım tempinin yaxşı səviyyədə olduğunu bildirib. M.Oreşkinin sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya bazarında  Türkiyə və Çin məhsulları üstünlük təşkil edir.

Nazir əlavə edib ki, Rusiya tərəfi Azərbaycandan məhsullarının Rusiya bazarlarına hansı həcmdə tədarükünün mümkün olduğunu göstərmək istəyir.  

Azərbaycanlı həmkarı Şahid Mustafayev ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 19 faiz artdığını, 2019-cu ilin ilk rübü ərzində isə 23 faiz çoxaldığını diqqətə çatdırıb.

Nazir ticarət dövriyəsinin daha da artırılması üçün potensialın olduğunu və tərəflərin hər iki hökumətin yaratdığı şəraitdən yararlanmalı olduğunu vurğulayıb.

“Biz uzunmüddətli əməkdaşlığa ümid edirik. Əldə etdiyimiz razılaşmaya görə, Rusiya tərəfi uzun müddətli tələbatları (ərzaq məhsullarına olan – red.) ilə bağlı bizi məlumatlandıracaq”, - deyə nazir bildirib.

Ş.Mustafayev Azərbayca tərəfinin məhsulların hazırlanması, logistikası və emalını təmin etməyə və onların vaxtında Rusiya bazarına çıxarılması üçün (Rusiya tərəfi ilə birgə) əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.  

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,55 milyard dollar, 2019-cu ilin ilk rübündə isə 839,08 milyon dollar təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR