Slimfit
  1. DÜNYA

Azərbaycan Robert Köçəryanı beynəlxalq axtarışa verə bilər

Azərbaycan Robert Köçəryanı beynəlxalq axtarışa verə bilər
Sakura

Azərbaycan Robert Köçəryanı beynəlxalq axtarışa verə bilər

“Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də bunu bəyan edib. Ancaq bunun üçün işğalçı qüvvələr Azərbaycan ərazilərini tərk etməli, Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupuna, beynəlxalq vasitəçilərə işğalçı qoşunların bölgələrdən hansı ardıcıllıqla çıxması barədə cədvəl təqdim edilməlidir”.

Ens.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov deyib.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işğal olunmuş ərazilərə silah və sursat daşıması barədə yayılan məlumatlara münasibət bildirən N. Səfərov qeyd edib ki, beynəlxalq hüquq normalarına əsasən, belə hallara yol verən şəxslər İnterpol xətti ilə axtarışa verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR