Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan rəqəmsal və kabel televiziyalarının yayımı sahəsində müsbət nəticələr qazanıb

Azərbaycan rəqəmsal və kabel televiziyalarının yayımı sahəsində müsbət nəticələr qazanıb
Sakura

Azərbaycan rəqəmsal və kabel televiziyalarının yayımı sahəsində müsbət nəticələr qazanıb

Tbilisidə “Kabel televiziyası və media sənayesi günləri: Qafqaz-2018” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Avropada, MDB məkanında və Cənubi Qafqazda rəqəmsal, kabel və internet televiziyalarının inkişaf perspektivləri, analoq televiziya yayımlarının vəziyyəti və bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr zamanı Avropa və MDB məkanında analoq televiziya ötürücülərinin yerinin kabel televiziyaları tərəfindən zəbt olunduğu qeyd edilib. Bildirilib ki, son dövrlər rəqəmsal texnologiyanın inkişafı, insanların kompüter və digər texniki vasitələrdən istifadə etməsi nəticəsində kabel televiziyalarının yayımında da problemlər yaranıb. Bu da kabel televiziyası bazarında durğunluq yaradıb.

Çıxışlarda Qafqaz respublikalarında vəziyyətə dair məruzələr dinlənilib. Bildirilib ki, hazırda həm kabel televiziyası, həm də internet yayımına görə ən yaxşı nəticə Azərbaycandadır. Bu ölkədə iqtisadi inkişaf və sabitlik kabel televiziyası və internetləşdirmə sahələrinə sərmayə qoyuluşunu artırıb. Azərbaycan həm iqtisadi inkişafı, həm həyata keçirdiyi logistik və enerji layihələri, həm də əməkdaşlığa verdiyi töhfələr ilə digər ölkələri üstələyib.

Konfransda inkişaf etmiş Avropa ölkələrindəki vəziyyətə də dair hesabatlar dinlənilib, təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR