Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan regionda aparıcı qüvvəyə çevrilir

Azərbaycan regionda aparıcı qüvvəyə çevrilir
Sakura

Azərbaycan regionda aparıcı qüvvəyə çevrilir

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iqtisadi maraqlarına uyğun olmaqla yanaşı, həm də dövlətlərarası münasibətlərin daha da sıxlaşması üçün çox böyük əhəmiyyətə malikdir.

Bu sözləri Axar.az-a Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ilə bağlı danışan millət vəkili Musa Quliyev deyib. Millət vəkili Konvensiyanın imzalanması ilə Xəzərin bir daha sülh, əməkdaşlıq və dostluq rəmzinə çevrildiyini vurğulayıb:

“Xüsusilə də bir nəqliyyat vasitəsi kimi Xəzərdən istifadə olunması bütün region, əsasən də Azərbaycan üçün əhəmiyyətlidir. Məlumdur ki, Azərbaycan son illərdə beynəlxalq yükdaşımalar sayəsində çox böyük uğurlar əldə edib. İstər Şimal-Cənub dəhlizinin işə düşməsi və Fars körfəzindən Fin körfəzinə qədər malların Azərbaycan üzərindən daşınması, istərsə də qədim İpək yolunun bərpası və Çin, Koreya, Yaponiyadan gələn malların Bakı-Tiflis-Qars vasitəsilə Türkiyə və Avropaya qədər gedib çıxması mühüm qələbədir. Bu daşımalarda Xəzər dənizinin çox böyük rolu olacaq. Xəzərin statusunun müəyyən olunması ölkələr arasında müəyyən narazılıq və gərginliyin də aradan qalxmasına gətirib çıxaracaq”.

Millət vəkili Aktauda imzalanan sənədin Xəzərin ekoloji təmizliyinin qorunması baxımından əhəmiyyətini xüsusilə qeyd edib:

“Konvensiyanın imzalanma mərasimində Azərbaycan prezidentinin çıxışı hələ də dünya mediasında çox böyük diqqətlə izlənilir. Artıq Azərbaycan Xəzər regionunda ən aparıcı qüvvəyə çevrilir. Xəzər vasitəsilə daşımalar məhz Azərbaycanın iştirakı ilə həyata keçiriləcək. Dövlət başçısının Aktauda Azərbaycanın nəqliyyat sektorundakı uğurlarını vurğulaması təkcə Xəzəryanı dövlətlərin deyil, iqtisadi və ticari maraqları olan bütün region dövlətlərinin bu sahədən yararlanmasına gətirib çıxaracaq. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Konvensiya ilə bağlı Bakıda bir araya gələcəklər. Konvensiyanın tələblərindən irəli gələn məsələlərin detalları həmin görüş zamanı müzakirə olunacaq, dəqiqləşdiriləcək. Ola bilsin ki, milli qanunvericilikdə də müvafiq Konvensiyanın təsdiqi ilə bağlı qərarlar qəbul olunsun. Bütövlükdə bu, çox böyük uğurdur və burada Azərbaycanın payı şəksizdir. Azərbaycan uzun illər konstruktiv mövqeyini nümayiş etdirməklə bərabər, həm də onu qoruyub saxladı. Bir sözlə, Azərbaycan diplomatiyası Xəzəryanı dövlətlərin bir mərkəz ətrafında birləşməsində böyük uğura imza atdı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR