Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ixraca dəstək verəcək

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ixraca dəstək verəcək
Sakura

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ixraca dəstək verəcək

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi müvafiq dövlət strukturlarının resurslarından istifadə edərək ixracatçılara təmənnasız konsaltinq xidmətləri, həmçinin ixraca qoyulan tələblərin yerinə yetirilməsi üçün yaranan xərclərin bir hissəsinin qrant və kreditlər vasitəsilə ödənilməsinə dəstək göstərəcək.

"Report" xəbər verir ki, bunu "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüşdə Agentliyin sədrinin müşaviri Elxan Mikayılov deyib.

“Məsələyə hərtərəfli yanaşma tətbiq ediləcək. Belə ki, müxtəlif dövlət orqanlarının resurslarını vahid konsepsiya altında yığmaqla, sahibkarlara real ixraca çıxana qədər bütün xidmətlər göstəriləcək. Növbəti mərhələ potensial alıcıların tapılması ilə bağlı olacaq. Bu istiqamətdə alıcılarla paralel olaraq danışıqlar aparılır. Məsələn, sahibkarların məhsullarını beynəlxalq sərgilərdə tanıdılması təşkil olunacaq”, - o qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR