Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycan qanunvericiliyinə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə edilir

Azərbaycan qanunvericiliyinə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə edilir
Sakura

Azərbaycan qanunvericiliyinə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə edilir

Azərbaycan qanunvericiliyinə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə edilir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bununla bağlı "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni - ll-l fəsil (Nəqliyyat vasitələrinin utilizasiyası) əlavə olunur.

Yeni fəsildə qeyd edilib ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet (nadir) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfındən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR