Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: 'Yerli icra orqanlarında kadr dəyişikliyi prosesi davam etdiriləcək'

Azərbaycan Prezidenti: 'Yerli icra orqanlarında kadr dəyişikliyi prosesi davam etdiriləcək'
Sakura

Azərbaycan Prezidenti: 'Yerli icra orqanlarında kadr dəyişikliyi prosesi davam etdiriləcək'

"Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Keçənilki prezident seçkilərindən sonra mənim andiçmə mərasimimdəki çıxışımda islahatların yeni mərhələsi elan edildi və biz bu islahatları ardıcıl şəkildə reallaşdırmağa başladıq, o cümlədən kadr islahatları ilə bağlı olan məsələlər öz həllini tapdı. Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Ona görə bu il də bu islahatlar davam etdirildi. Struktur islahatlarına gəldikdə, əlbəttə ki, Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, təqaüdə çıxmış, amma vaxtilə xidməti olmuş kadrları da biz böyük hörmətlə təqaüdə göndəririk. Bu da həm bizim milli ənənələrimizə uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana onun gördüyü işlərə görə də qiymət verilməlidir, o cümlədən rəhbərlik tərəfindən. Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses çox hamar gedir.

Bütövlükdə deyə bilərəm ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. Beləliklə, kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR