Dərc edildi: Baxış sayı: 546
Azərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
"Report"un xəbərinə görə, başsağlığı mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət