Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: "Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz"

Azərbaycan Prezidenti: "Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz"
Sakura

Azərbaycan Prezidenti: "Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz"

İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Azərbaycanın nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir”.

Burada qonşularla yaxşı münasibətlərin də önəmli olduğunu vurğulayan Prezident deyib: “Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu, bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR