Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: "Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir"

Azərbaycan Prezidenti: "Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir"
Sakura

Azərbaycan Prezidenti: "Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir"

"Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Bunun regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.

“İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR