Azərbaycan Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi “11-lik”də “Səbail”in 3, “Sabah”ın 3, “Qarabağ”ın 2, “Neftçi”, “Sumqayıt” və “Qəbələ”dən isə hərəyə 1 futbolçu yer alıb.
“Sabah”ın hücumçusu Marko Deviç 6-cı, “Qəbələ”nin forvardı Stiven Jozef-Monroz 4-cü dəfə “11-liy”ə seçilib. Debütantın digər oyunçusu Cavid İmamverdiyev, “Qarabağ”dan Dani Kintana və “Neftçi”dən Kiril Petrov üçüncü dəfə heyətdə yer alıblar.
“Səbail”dən Kevin Kubemba və “Qarabağ”dan Donald Gerye ikinci, Aleksandr Rıbka, Elvin Yunuszadə (hər ikisi “Səbail”), Aleksey İsayev (“Sumqayıt”) və Elgün Nəbiyev (“Sabah”) isə ilk dəfə rəmzi komandaya düşüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət