Slimfit
  1. İDMAN

Azərbaycan Premyer Liqası: Bu gün XXII turun daha 2 oyunu keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün XXII turun daha 2 oyunu keçiriləcək
Sakura

Azərbaycan Premyer Liqası: Bu gün XXII turun daha 2 oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun son 2 matçı keçiriləcək.

"Report" xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar turun ikinci oyun günü məhz aprelin 1-nə təsadüf edib.

İlk görüşlər paytaxtda təşkil olunmuşdusa, bu dəfə komandalar Bakıdan kənarda meydana çıxacaqlar. Əvvəlcə "Qəbələ" debütant "Sabah"ı qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 29 xalla 4-cü, "göy-ağlar" 22 xalla 5-ci pillədədir. Bu matçın nəticəsi komandaların turnir cədvəlindəki vəziyyətinə təsir etməyəcək. Əvəzində avrokuboklara vəsiqə şansı verən 3-4-cü yerlər uğrunda mübarizədə intriqanın ölməməsi baxımından, qarşılaşma ciddi əhəmiyyətə malikdir. "Qəbələ" mütləq qalib gəlməlidir ki, 3-cü pillədəki "Səbail"lə xal fərqini yenə 2-yə endirsin. "Sabah"a isə qələbə təqdirində "qırmızı-qaralar"a çatmağa daha 4 xal lazım gələcək.

Bu mövsüm iki komanda 3 dəfə Premyer Liqada, 2 dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gəlib. Çempionatın ilk dövrəsində bakılılar üstün olubsa, qalan 4 oyunda əyalət komandası qalib ayrılıb. "Qəbələ"nin Premyer Liqa meydanındakı yeganə matçda hər iki komanda qol vurub. Topların nisbətində isə "qırmızı-qaralar" üstündür - 3:2.

Turun son matçında isə autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"la qarşılaşacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 17 xalla 8-ci pillədədir. Bu komanda qalib gəlsə, turnir cədvəlində bir pillə irəliləyəcək. 45 xala malik "Qarabağ"a isə qələbə mütləq lazımdır ki, lider "Neftçi" ilə xal fərqində yenidən bərabərləşdirsin.

İki komanda 28-ci dəfə üz-üzə gələcək. Əvvəlki görüşlərdən cəmi 4-də "Sumqayıt" qələbə qazana bilibsə, 20 matçda "Qarabağ" sevinib. Cəmi 3 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam təmsilçisi xeyli üstündür - 56:12. “Qarabağ” ardıcıl 4 quru hesablı qələbə qazanıb, “Sumqayıt” 14 oyundur bunu bacarmır.

Azərbaycan Premyer Liqası, XXII tur

1 aprel (bazar ertəsi)

14:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Asif Əliyev

Qəbələ şəhər stadionu

İlk 3 dövrədəki oyunlar - 0:1, 2:1, 1:0

18:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”

İlk 3 dövrədəki oyunlar: 0:1, 0:2, 0:2

Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə yenib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR