Dərc edildi: Baxış sayı: 480
Azərbaycan parlamentinin sədri İrana səfərə gedəcək
Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edəcək.
"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.
Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.
Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət