Dərc edildi: Baxış sayı: 497
Azərbaycan paralimpiyaçısı Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, Məmmədov 49 kq-da ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb.
Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı Slavomir Symanski tutub. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını da artırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət