Slimfit
  1. SİYASƏT

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası işini bərpa edir

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası işini bərpa edir
Sakura

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası işini bərpa edir

Bu gün Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramov və Əbdüləziz Kamilov arasında telefon danışığı baş tutub.

Ens.az “Report”-a istinadən xəbər verir ki, söhbətin əvvəlində Əbdüləziz Kamilov Ceyhun Bayramovu Azərbaycanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər müxtəlif səviyyələrdə, o cümlədən Özbəkistanın MDB-də sədrliyi çərçivəsində keçiriləcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini və digər təşkilati məsələləri müzakirə ediblər.

XİN başçıları koronavirus pandemiyasının yaratdığı yeni şəraitə baxmayaraq, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin fəal inkişaf etdiyini, bu ilin yanvar-iyul ayları arasında ticarət dövriyyəsinin 163% artdığını xüsusi qeyd ediblər.

Tərəflər həmçinin Azərbaycan və Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin bərpası barədə razılığa gəliblər.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR