Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ötən ilin 11 ayında Rusiyadan 410 min dollarlıq dəmir yolu şpalı alıb

Azərbaycan ötən ilin 11 ayında Rusiyadan 410 min dollarlıq dəmir yolu şpalı alıb
Sakura

Azərbaycan ötən ilin 11 ayında Rusiyadan 410 min dollarlıq dəmir yolu şpalı alıb

 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan 410 400 ABŞ dolları dəyərində dəmir yolu şpalı idxal edib.

Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin 11 ayı ərzində Rusiyanın ixrac etdiyi ümumi dəmir yolları şpallarının 5,4%-nə bərabərdir.

Belə ki, hesabat dövründə Rusiya 7,6 mln. dollarlıq dəmir yolu və tramvay xətləri üçün şpallar ixrac edib. Bu isə illik müqayisədə 6% çoxdur.

Ümumilikdə isə Rusiya dəmir yolu və tramvay xətti şpalları ixracı ümumi bu adda məhsul idxalını 144% üstələyir. Bu müddət ərzində həmin adda məhsul 15 ölkəyə ixrac edilib. İxracın əsas həcmləri Qzaxıstana həyata keçirilib ki, bu da ümumi ixracın 51,5%-ni təşkil edib.

Həmçinin, ötən dövr ərzində Ukraynaya (19,7%), Özbəkistana (12,9%), Türkmənistana (3,9%), Tacikistana (1,8%) və Belarusa (1,6%) dəmir yolu şpalı satılıb. 

Uzaq xarici ölkələrdən isə Rusiyanın taxta şpallarını İran (0,9%), Latviya (0,6%), Çexiya (0,4%), Litva (0,1%), Türkiyə (0,1%) və Monqolustan (0,05%) idxal ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR