Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ötən il Rusiyaya 35 mln. dollarlıq alma ixrac edib

Azərbaycan ötən il Rusiyaya 35 mln. dollarlıq alma ixrac edib
Sakura

Azərbaycan ötən il Rusiyaya 35 mln. dollarlıq alma ixrac edib

 2018-ci ildə Azərbaycan Rusiyaya 34,7 mln. ABŞ dolları dəyərində alma ixrac edib.

Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qonşu ölkənin idxal etdiyi almanın 6,7%-i deməkdir. 

Belə ki, ötən il Rusiya 517.4 mln. dollarlıq alma idxal edib. Bu da əvvəlki ilə nisbətən 126 dəfə çoxdur. Xatırladaq ki, 2017-ci ildə Rusiyanın alma idxalının dəyəri 4,1 mln. dollar təşkil edib.

Rusiyaya alma satan ölkələrin siyahısında ilk yeri Serbiya tutub. Alma idxalının 20,7%-i  bu ölkənin payına düşüb. 2-ci yerdə Moldova (20,5%), 3-cü yerdə isə Çin (16,55) qərarlaşıb. Bununla yanaşı, Rusiyaya İran (7,3%), Türkiyə (7,2%), Çili (5%), Belarus (3,4%), Cənubi Afrika (3,4%), Argentina (3%), Braziliya (2%), Yeni Zelandiya (2,8%) və Makedoniyadan (1,2%) da alma idxal edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR