Azərbaycan otellərində açıq və gizli monitorinqlər keçiriləcək
“Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir”.
“Report”un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var. Azərbaycan Otellər Assosiasiyası Avropa Otellər Assosiasiyasının – (“Hotrec”) üzvü olub. Bundan sonra onlar "Hotrec"in standartlarına uyğun ulduzlaşma aparacaqlar", - o bildirib.
“Hotrec”in standartları Avropa Komissiyasının qəbul etdiyi standartlardır. Bu, təxminən, 300 vərəqlik bir sənəddir ki, orada ulduzların necə verilməsi barədə bütün meyarlar göstərilib. Ulduz bir neçə illik verilir, həmin müddətdə açıq və gizli monitorinq aparılacaq. Açıq monitorinq gəlib birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinqdə isə Avropa və Azərbaycanın Otellər Assosiasiyasının mütəxəssisləri bu yerdə qonaq gizli qalacaqlar, sonradan onun nəticələrini analiz edəcəklər”, - F.Nağıyev əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət