Azərbaycan Ordusunun dörd hərbçisi faciəli şəkildə həlak oldu, araşdırma başladıldı
Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun - Asif Qəhrəman oğlu Emnalıyev, Tural Maşallah oğlu Səmədov, Emin Oqtay oğlu Şahmarlı və Fərid Famil oğlu Cəbrayılovun meyitlərinin aşkar edilməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.
"Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - məlumatda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət