Slimfit
  1. SİYASƏT

Azərbaycan Ordusu Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi

Sakura

Sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Azərbaycana qarşı hər zaman qərəzli mövqeləri ilə seçilən bəzi xarici havadarlarının da dəstəyi ilə separatçılar və Ermənistan hakimiyyəti Azərbaycan dövlətinin humanistliyindən istifadə etmək xəyallarına düşdülər. Amma unutduqları bir məqam var idi. Sözü imzası qədər güclü olan Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u yerində idi. Prezident Vətən müharibəsindən sonra separatçıları, Ermənistan hakimiyyətini və pozucu fəaliyyətlə məşğul olan xarici qüvvələri dəfələrlə xəbərdar etdi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq öhdəlikləri yerinə yetirən Azərbaycan məhz beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək öz ərazisində lokal antiterror tədbirləri həyata keçirdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. Bu şəraiti yaradan isə Müzəffər Ali Baş Komandandır.

Düşünürəm ki, Vətən müharibəsindən lokal antiterror əməliyyatına qədər olan dövrü də ciddi təhlil etməliyik. Çünki, həmin dövr ərzində Azərbaycanın dostları və düşmənləri, daxilimizdə olan milli satqınlar, ölkəmizə müxtəlif yollar və layihələrlə təsir göstərmək istəyən qüvvələr açıq şəkildə öz simalarını göstərdilər. Təbii ki, istənilən pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvənin Azərbaycanda hər hansı bir perspektivi yoxdur. Lakin biz bunları mütləq ciddi şəkildə ifşa etməliyik.

“Azərbaycanda yaranan yeni siyasi konfiqurasiya bütün siyasi qüvvələrə bərabər imkanlar verməklə, həm də onlara milli olmaq şəraiti yaratdı. Hər bir azərbaycanlı üçün torpaqların işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi ən müqəddəs amal idi. Lakin, istər Vətən müharibəsi dövründə, istərsə də lokal antiterror tədbirləri zamanı biz içimizdəki satqınların real simasını yenidən gördük. Bu başı pozuq dəstə üçün müqəddəs heç bir anlayış yoxdur. Onlar üçün yeganə amal var: ağalarının tapşırıqlarını yerinə yetirmək. Bu yolda FETÖ-çülərdən tutmuş separatçılara, Makrondan tutmuş Paşinyana qədər hər kəslə əməkdaşlıq etməyə hazırdırlar. Azərbaycana qarşı hər hansı bir kampaniya başlayanda ilk olaraq Avropadakı məlum dairələr, Ermənistandakı müxtəlif qüvvələr və içimizdəki satılmışlar eyni tezislərlə çıxış edirlər. Çünki təlimatlar eyni yerdən gəlir. Amma onların unutduqları çox vacib bir məqam var. Azərbaycan xalqı müdrik xalqdır və məhz dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın yanındadır.

Və sonda lokal antiterror tədbirləri başlayanda ölkəmizdə fəaliyyət göstərən sağlam siyasi partiyalar təbii olaraq dəstək bəyanatı ilə çıxış etdilər. 3 partiyadan başqa. Əminəm ki, bu siyasi separatçıların da sonu digər separatçıların sonu kimi olacaq ”, - deyə Şahin İsmayılov vurğulayıb.

Sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Azərbaycana qarşı hər zaman qərəzli mövqeləri ilə seçilən bəzi xarici havadarlarının da dəstəyi ilə separatçılar və Ermənistan hakimiyyəti Azərbaycan dövlətinin humanistliyindən istifadə etmək xəyallarına düşdülər. Amma unutduqları bir məqam var idi. Sözü imzası qədər güclü olan Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u yerində idi. Prezident Vətən müharibəsindən sonra separatçıları, Ermənistan hakimiyyətini və pozucu fəaliyyətlə məşğul olan xarici qüvvələri dəfələrlə xəbərdar etdi.

“Ens.Az” bildirir ki,bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq öhdəlikləri yerinə yetirən Azərbaycan məhz beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək öz ərazisində lokal antiterror tədbirləri həyata keçirdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. Bu şəraiti yaradan isə Müzəffər Ali Baş Komandandır.

Düşünürəm ki, Vətən müharibəsindən lokal antiterror əməliyyatına qədər olan dövrü də ciddi təhlil etməliyik. Çünki, həmin dövr ərzində Azərbaycanın dostları və düşmənləri, daxilimizdə olan milli satqınlar, ölkəmizə müxtəlif yollar və layihələrlə təsir göstərmək istəyən qüvvələr açıq şəkildə öz simalarını göstərdilər. Təbii ki, istənilən pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvənin Azərbaycanda hər hansı bir perspektivi yoxdur. Lakin biz bunları mütləq ciddi şəkildə ifşa etməliyik.

“Azərbaycanda yaranan yeni siyasi konfiqurasiya bütün siyasi qüvvələrə bərabər imkanlar verməklə, həm də onlara milli olmaq şəraiti yaratdı. Hər bir azərbaycanlı üçün torpaqların işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi ən müqəddəs amal idi. Lakin, istər Vətən müharibəsi dövründə, istərsə də lokal antiterror tədbirləri zamanı biz içimizdəki satqınların real simasını yenidən gördük. Bu başı pozuq dəstə üçün müqəddəs heç bir anlayış yoxdur. Onlar üçün yeganə amal var: ağalarının tapşırıqlarını yerinə yetirmək. Bu yolda FETÖ-çülərdən tutmuş separatçılara, Makrondan tutmuş Paşinyana qədər hər kəslə əməkdaşlıq etməyə hazırdırlar. Azərbaycana qarşı hər hansı bir kampaniya başlayanda ilk olaraq Avropadakı məlum dairələr, Ermənistandakı müxtəlif qüvvələr və içimizdəki satılmışlar eyni tezislərlə çıxış edirlər. Çünki təlimatlar eyni yerdən gəlir. Amma onların unutduqları çox vacib bir məqam var. Azərbaycan xalqı müdrik xalqdır və məhz dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın yanındadır.

Və sonda lokal antiterror tədbirləri başlayanda ölkəmizdə fəaliyyət göstərən sağlam siyasi partiyalar təbii olaraq dəstək bəyanatı ilə çıxış etdilər. 3 partiyadan başqa. Əminəm ki, bu siyasi separatçıların da sonu digər separatçıların sonu kimi olacaq ”, - deyə Şahin İsmayılov vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR