Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi

Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi
Sakura

Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları COVID-19 pandemiyası səbəbindən baş tutmadığına görə gündəlikdə duran məsələlərin bir hissəsinə yazışmalar yolu ilə baxılıb, yekunda isə videokonfrans keçirilib.

Ens.az xəbər verir ki, Oxu.Az xəbər verir ki, videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edib.

Tədbir zamanı müxtəlif dünya ölkələri tərəfindən QSF proqramı çərçivəsində hazırlanaraq, ÜPİ-yə təqdim edilmiş beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə yeni layihələr müzakirə olunub.

Eyni zamanda, ölkələrin poçt şəbəkəsində icrası sona çatmış QSF layihələrinə dair yekun hesabatlar, layihələrə düzəlişlər edilməsi barədə müraciətlər, icra olunmuş layihələrin qiymətləndirilməsi üzrə hesabatlar və digər sənədlərin müzakirəsi aparılıb.

Sonda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının yeni dövr üzrə sədri və müavini vəzifələrinə seçkilər keçirilib. Şuranın sədri vəzifəsinə iki namizəd – ABŞ və Fransa, sədr müavini vəzifəsinə isə bir namizəd – Azərbaycan olub.

Seçkilərin nəticələrinə görə, ABŞ nümayəndəsi Maykl Corc sədr, Azərbaycan nümayəndəsi Nasir Həmidov isə sədr müavini seçilib.

 

Qeyd edək ki, Şuraya dünyanın beş coğrafi regionundan 11 ölkənin (ABŞ, Azərbaycan, Çin, Hindistan, İsveçrə, Fransa, Çili, Misir, Tunis, Tailand və Rusiya) nümayəndələri daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR