Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə
"Oş Türk dünyasının mədəniyyət paytaxtı" tədbirləri çərçivəsində Sulayman-Too dağının ətrafındakı Alimbek Datka etnoqrafik kompleksində "Suleyman Too dağında türkdilli xalqların mədəniyyəti" adlı böyük mədəni tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşoov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Makedoniya, Serbiya və digər dövlətlərin nümayəndə heyətləri və incəsənət xadimləri iştirak ediblər. Ölkəmizi Azərbaycanın Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Tədbirdə türkdilli dövlətlərin milli geyimlərinin nümayişi, fotosərgi, rəsm çəkmək üzrə ustad dərsləri, suvenirlərin satışı təşkil olunub. Həmçinin teatrlaşdırılmış səhnələr, iştirakçı ölkələrin milli rəqsləri və musiqiləri ifa edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət