Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

Azərbaycan nümayəndə heyəti Çinə gedəcək
Sakura

Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

qtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti 4-8 noyabr tarixində Çinə səfərə gedəcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Şanxayda keçiriləcək və Azərbaycanın vahid ölkə stendinin də nümayiş olunacağı Birinci Çin Beynəlxalq İdxal Sərgisində, sərgi çərçivəsində təşkil olunacaq “Ticarət və investisiya”, “Bir kəmər, bir yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Qlobal ticarət və beynəlxalq logistikalar” mövzularında forumlarda iştirak edəcək.

 Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Şanxay şəhərində “Azərbaycan Şərab Evi” açılacaq.

Səfər çərçivəsində iqtisadiyyat naziri Ş.Mustafayev Çin rəsmiləri ilə görüşlər keçirəcək.

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR