Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edir
Sakura

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edir

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 109-cu sessiyasına qatılmaq üçün İsveçrədə səfərdədir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, noyabrın 27-dən 30-dək Cenevrədəki Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək sessiyada təşkilati məsələlərə baxılacaq, Şura sədri, sədr müavinləri və məruzəçilər seçiləcək.

Sessiyada BMqT-nin yeni baş direktoru Antonio Vitorinonun hesabat məruzəsi ilə çıxışı planlaşdırılır.

Tədbir çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən “Birləşmiş Millətlər Təşkilatının Miqrasiya üzrə Şəbəkəsi: İcmal”, “Miqrasiya ilə əlaqədar səhiyyə üzrə siyasətin uzlaşdırılması: çağırışlar və imkanlar” və “Daxili köçürülmələrə cavab: Dövlətlərlə dialoq” mövzularında yüksək səviyyəli panel iclaslarının keçirilməsi nəzərdə tutulur.

Sessiya işini noyabrın 30-da yekunlaşdıracaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR