Dərc edildi: Baxış sayı: 324
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 43,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət