Dərc edildi: Baxış sayı: 549
Azərbaycan neftinin bu günə olan qiyməti
Azərbaycan neftinin qiyməti cüzi azalıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 0,25 ABŞ dolları və ya 0,39 faiz ucuzlaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 63,76 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət