Dərc edildi: Baxış sayı: 175
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 86 dollara enib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan neftinin bir barelinin qiyməti 1,09% və ya 0,95 ABŞ dolları azalaraq 86,32 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət