Dərc edildi: Baxış sayı: 286
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,15% azalaraq 81,38 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət