Dərc edildi: Baxış sayı: 184
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,36% artaraq 88,76 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət