Dərc edildi: Baxış sayı: 552
Azərbaycan Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi
"Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var:
"Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət