Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan narı bu ölkədə 10-14 dollara satılır

Azərbaycan narı bu ölkədə 10-14 dollara satılır
Sakura

Azərbaycan narı bu ölkədə 10-14 dollara satılır

Ötən ilin sonunda Azərbaycan Nigeriyaya 1 ton nar məhsulu ixrac edib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin «Aqrar Tədarük və Təchizat» ASC-dən bildirilib. ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, şirkətin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli malların müxtəlif ölkələrə, o cümlədən qeyri-ənənəvi (yəni indiyədək məhsul göndərilməyən) ölkələrə ixracı üçün işlər aparılıb və nəticədə Nigeriyaya ilkin olaraq “Napoleon” sortundan olan qablaşdırılmış gilas göndərilib. İkinci addım isə ötən ilin sonunda bu ölkəyə 1 ton nar göndərilməsi olub.

Qeyd edək ki, şirkətin Nigeriyaya göndərdiyi narın ilk partiyası sınaq məqsədi daşıdığına görə, olduqca kiçikdir (cəmi 1 ton), amma Nigeriya perspektiv bazar olduğundan gələcək əməkdaşlıq daha iri həcmlərlə davam edə bilər.

Məsələnin Azərbaycanda nar becərənlər üçün maraqlı tərəfi – narın Nigeriyaya neçəyə satılmasıdır. Əldə edilən məlumata görə, narın 1 tonluq partiyası xaricə 3700 dollara, yəni kiloqramı 3,7 dollara satılıb.

Nigeriyanın marketlərində isə narın kiloqramı 4-5 min Nigeriya nayrosuna, yəni təqribən 11-14 dollara satılır.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov  bildirib ki, Azərbaycan narının qiyməti mövsümdən, satış vaxtından, kalibrdən və keyfiyyətindən asılı olaraq dəyişir: «Azərbaycanda nar məhsulu mövsümü sentyabr ayının ortalarından sonra başlayır. Həmin vaxt Aran rayonlarının bəzi kəndəlirnə artıq nar yetişir. Tam yetişməsə də, onun görüşünü normal olur. Birinci ixrac edəndə, narın qiyməti baha olur, ixrac qiyməti kiloqramı yerində alınanda 1-2 manata və ya bu ətrafda».

Həmin vaxt narın xaricdə də qiyməti yüksək olur – məsələn, Rusiyada kiloqramı 150-200 rubl arasında dəyişir.

Sonradan təklif çoxaldıqca qiymətlər düşməyə başlayır və noyabın ortalarında nar yığımı başa çatır. Ən aşağı qiymətlər də oktyabr-noyabrın əvvəlində olur – kiloqramı 50-60 qəpiyə.

Y.Axundov bildirir ki narın qiyməti bir də Yeni İl əvvəlində müəyyən qədər artır: «Hərçənd həmin vaxt Azərbaycanda çoxlarında nar olmur, çünki noyabrın axırına kimi əksər fermerlər narlarını satırlar. Hansı təsərrüfatdasa ağacda nar qalıbsa, yüksək qiymətə satır. Bu zaman qiymətlər 5 manata da çata bilər. Soyuducuda qalan narın qiyməti isə 0,8-1 manat arasında dəyişir».

İcraçı direktor bildirir ki, 5 manatlıq nar iri kilibrdə, gözəl görünüşü olan və üzərində nöqsanı olmayan, içərisi tünd rəngli olan nar olmalıdır.

Yanvar-fevral aylarında isə qiymətlər düşür. Nara tələbat və qiymət artımı bir də Novruz bayramı dövrünə təsadüf edir: «Qiymətlər saxlama şəraitindən, həm də narın növündən  asılı olaraq dəyişir. Məsələn, nazik qabıq narlarda qabıqlar quruyur, qalın qabıqlarda quruma olmur. Narın keyfiyyətindən asılı olaraq kiloqaramı 1-5 manat arasında olur».

Azərbaycan narı bir sıra ölkələrə ixrac edilir. Bunlar əsasən Rusiya Ukraynadır. Bundan başqa, buildən Assosiasiya Polşa və Fransaya nar ixrac etməyə başlayıb, hələlik məhdud partiya ilə – bir-iki yük avtomobili kimi. Eləcə də məhdud partiya ilə yaxın şərq  – ərəb ölkələrinə də nar ixrac edilib.

Narın xaricdəki satış qiymətinə gəldikdə isə Yusif Axundov bildirir ki, həmin qiymətlər yerli qiymətlərdən o qədər də fərqlənmir.

Məsələn, Rusiyada, deyildiyi kimi, pik vaxtlarda qiymət 150-200 rubldur. Bu il bolluq olduğuna görə isə qiymətlər aşağı olub. Normalda narın kiloqramı 60-80 rubl (1,6-2,2 manat) ətrafında dəyişir.

Fransada Azərbaycan narı dünyanın ən böyük kənd təsərrüfatı məhsulları bazarı sayılan «Rungis Marche International» bazarında satışa çıxarılıb: «Bu bazar B2B bazar sayılır, yəni alıcılar qismində adi şəxslər deyil, restoran və otellər çıxış edir. Burada Azərbaycan narının satış qiyməti 1,5-2 avrodur».

Polşada isə Azərbaycan narının kiloqramınn qiyməti 6-7 zlotı və ya 1,6-1,8 dollar, və ya 2,7-3.1 manat ətrafındadır.

Ümumiyyətlə, Y.Axundovun sözlərinə görə, dünyada narın böyük istehsalçıları var: «Bu sahədə vəziyyət son 10  ildə dəyişib. İndi əsas nar istehsalçısı Hindistandır. Hazırda Hindistan əksər ölkələrə nar satır. BƏƏ və Qətərin bazarlarında da əsas nar təchizatçısı Hindistandır. Sonrakı yerləri Türkiyə, İspaniya, Misir, hətta Cənubi Amerikada, Peru və Çili tutur. Yəni bazarda elə bir boşluq yoxdur ki, nar istehsalçıları öz qiymətlərini diqtə etsinlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR