Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan musiqisi argentinalıları heyran etdi - Musiqiçilər səhnəyə dəfələrlə çağırıldılar

Azərbaycan musiqisi argentinalıları heyran etdi - Musiqiçilər səhnəyə dəfələrlə çağırıldılar
Sakura

Azərbaycan musiqisi argentinalıları heyran etdi - Musiqiçilər səhnəyə dəfələrlə çağırıldılar

Azərbaycanın Argentinadakı Səfirliyinin dəstəyi ilə paytaxt Buenos-Ayres şəhərində italyan arxitekturasının əzəmətli nümunələrindən biri və əsas musiqi mərkəzi sayılan Usina Del Artenin səhnəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş caz gecəsi keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, konsertdə Latın Amerikası turu çərçivəsində Azərbaycanın Əməkdar artisti, 43-cü Montrö Caz Festivalının qalibi, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu, o cümlədən tarzən Şəhriyar İmanov çıxış ediblər.

İ.Sarabskinin pianinoda möhtəşəm və əsrarəngiz ifasında "Prelude" (İ.Sarabski), "Limping Stranger" (İ.Sarabski), "Swan Lake" (P.Çaykovski), "Be Witched" (R.Rocers), "Planet" (İ.Sarabski) əsərləri auditoriya tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.

 

Daha sonra solo ifa üçün səhnəyə dəvət olunan tarzən Ş.İmanov tarda muğam və müasir musiqinin vəhdətini ehtiva edən "Crying waterfal" (Ş.İmanov) kompozisiyasını tamaşaçılara təqdim edib. Argentina auditoriyası üçün yeni olan tar musiqi alətində ifalar sürəkli alqışlarla müşayiət olunub.

Konsertin sonunda ifaçılar birlikdə "The Edge" (İ.Sarabski) və "Novruz" (İ.Sarabski) əsərlərini səsləndiriblər. Azərbaycan musiqiçiləri və musiqisinin möhtəşəmliyindən heyrətlənən auditoriya ifaçıları bir neçə dəfə yenidən səhnəyə dəvət edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR