Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan musiqiləri Niderland radiosunda

Azərbaycan musiqiləri Niderland radiosunda
Sakura

Azərbaycan musiqiləri Niderland radiosunda

Niderlandda fəaliyyət göstərən “Konnekt” təşkilatının sədri Vüqar Abbasov yerli SD (Schouwen Duiveland) radiosunda Geertjan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” verilişinin qonağı olub.

Kult.az xəbər verir ki, veriliş ərzində “Küçələrə su səpmişəm,” Üzeyir Hacıbəyovun “Arazbarı”sı, “Sarı gəlin”, Röyanın, Maestro Ceyhunun, Ənvər Sadıqovun ifaları səsləndirilib.

“Verilişdə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti, Sovet ordusunun 1920-ci ildəki işğalı, 1988-ci il Meydan hərəkatı, 1990-cı il 20 Yanvar hadisələri, torpaqlarımızın 20 faizinin işğalda olması, ölkəmizdəki dini azadlıqlar, turizm imkanlarımız, milli mətbəximizdən söhbət açılıb. Azərbaycandakı Alban kilsələri, İçərişəhər və digər yerlər də söhbət mövzusu olub. Eyni zamanda Azərbaycanın gözəl və füsunkar təbiətindən söz açan Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.

Rəhbərlik etdiyi təşkilatın gələcək planlarından danışan soydaşımız Azərbaycanda da Niderland Mədəniyyət Gecəsi təşkil etməyi düşündüklərini deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR