Dərc edildi: Baxış sayı: 506
Azərbaycan millisinin voleybolçusu Macarıstan klubuna transfer olunub
Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova (Həbibova) karyerasını Macarıstanda davam etdirəcək.
ONA-nın məlumatına görə, 28 toppaylayıcı “Yasberen” klubu ilə müqavilə imzalayıb.
O, 2019/20 mövsümündə bu komandanın formasını geyinəcək. Ş. Alışanova “Yasberen”ə Polşa “Radomka”sından transfer olunub. O, yeni komandasında da 18 nömrə altında oynayacaq.
Qeyd edək ki, voleybolçumuz legioner həyatı yaşayana qədər “Lokomitv”, “Azəryol” və “Azərreyl” klublarında da çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət