Dərc edildi: Baxış sayı: 376
Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada həvəskarlar liqasında çıxış edəcək
Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada həvəskarlar liqasında çıxış edəcək.
“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı sağ cinah müdafiəçisi Oberliqada (5-ci divizion) mübarizə aparan “Ştralen” klubla birillik razılıq əldə edib.
Futbolçunun son klubu II Bundesliqada çıxış edən “Duysburq” olub.
Qeyd edək ki, Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət