Slimfit
  1. İDMAN

Azərbaycan millisinin müdafiəçisi: "Bəlkə də müdafiədən oynamağa gücümüz çatmadı"

Azərbaycan millisinin müdafiəçisi: "Bəlkə də müdafiədən oynamağa gücümüz çatmadı"
Sakura

Azərbaycan millisinin müdafiəçisi: "Bəlkə də müdafiədən oynamağa gücümüz çatmadı"

"Bundan öncə yalnız Belarusa qarşı yoldaşlıq matçında millidə oynamışam. Rəqibi analiz etmişdik. Heyətlərində ulduz futbolçular yer alıb. İstəyirdik ki, yaxşı mübarizə aparaq. Çox ağır oyun oldu və demək olar ki, topsuz qaldıq. Amma pis mübarizə aparmadıq. Qarşılaşmanı heç-heçə də bitirmək olardı. Etiraf eləmək lazımdır ki, Xorvatiya bizdən üstün idi". 

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib. 

30 yaşlı müdafiəçi I hissənin sonlarında buraxılan qolun komandaya təsir etdiyini bildirib. "Birinci hissə 1:0 bitsəydi, ikinci yarıya daha da inamlı çıxmaq olardı. 1:1-dən sonra adam ikinci hissəyə qorxu ilə başlayır. Fikrimcə, komanda çox güc sərf etdi. 90 dəqiqə sırf müdafiədən oynamaq asan deyil. Topa nəzarət edəndə bir az dincəlmək olur. Bəlkə də 90 dəqiqə müdafiədən oynamağa gücümüz çatmadı. Birinci hissədə rəqibə bacardığımız qədər boş zona vermədik. Bu da gücün hesabına idi. İkinci yarıda isə boşluqlar verməyə başladıq".

Rəhimov rəqibin də oyunlarının təsiri olduğunu vurğulayıb: "Onlar qol buraxdıqdan sonra ayıldılar. Üstümüzə aqressiv gəlməyə başladılar. Özümüz də istəyirdik və fikirləşirdik ki, qol buraxmayaq. Elə oldu ki, hissənin sonlarında qapımızda qol gördük. Bu, bizə çox təsir etdi".

Müdafiəçi Azərbaycan millisinin seçmə mərhələdəki şanslarından da söz açıb: "Qrupumuzda yer alan komandaların hamısı reytinqdə bizdən yuxarı pillələrdədir. Hamısının da heyətində keyfiyyətli futbolçular var. Göstərdik ki, kompakt oynayıb mübarizə aparanda yaxşı nəticəyə ümid etmək olar. Baxmayaraq ki, dünya çempionatının finalçısına qarşı oynadıq. Düzdür, rəqibin də bəzi əsas oyunçuları yox idi. Lakin Xorvatiyada hamısı yüksək səviyyəli futbolçulardır. Slovakiya və Macarıstan da yaxşı rəqiblərdir. Bakıda öz azarkeşlərimizin önündə çalışacağıq ki, xalqımızı sevindirək".

Oyunçu hücumlarda yetərincə iştirak etməməsinə də aydınlıq gətirib: "Mənim çıxış etdiyim cinahda rəqibin heyətində İvan Perişiç oynayırdı. İtaliya "İnter"ində çıxış edən ulduz futbolçudur. Ola bilər ki, onun sürətli keçidlərinə görə həmin cinahdan hücum edirdilər". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR