Dərc edildi: Baxış sayı: 396
Azərbaycan millisinin futbolçusu klubuna zədəli qayıdıb
Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniyanın III Liqasında çıxış edən "Proyssen Münster” klubuna zədəli qayıdıb.
"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının VI tur matçında qasıq nahiyəsindən xəsarət alıb. Bu səbəbdən, Dadaşov ikinci hissənin əvvəlində yerini Əfran İsmayılova verib.
Klubun baş məşqçisi Marko Antverpen zədənin ciddi olmadığına və təcrübəli forvardın "Braunşveyq"ə qarşı forma geyinə biləcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, Rüfət Dadaşov UEFA Millətlər Liqasındakı son 4 qarşılaşmada meydana start heyətdə çıxsa da, qol vura bilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət